Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilib – FOTOLAR
Tədbirdə Şura üzvləri öz aralarından Şuranın sədrini, sədr müavinini və katibini seçiblər. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov, sədr müavini “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin sədri Lamiyə Kərimova, katibi isə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Aydan Haşımova seçilib. İclasda “Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Etik Davranış Qaydaları” və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Reqrlamenti” qəbul olunub.