“Bu gün Allah Şükür Paşazadəyə missonerlər hücum edir” – AXC TV-də müzakirə!
Niyaməddin Orduxanlının aparıcı olduğu AXC TV-də “Həftənin yekunu”nun bu dəfəki qonağı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, “Elçi.az” saytın baş redaktoru Əli Həziquliyev olub. Verlişdə həftə ərzində ölkəmizdə, beynəlxalq müstəvidə və regonda baş vermiş hadisələr müzakirə olunub. Müzakirə zamanı, Prezident İlham Əliyevin həftə ərzində Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfərinin təəssüratları, səfər zamanı Qarabağa dair müzakirələr, Zəngəzur dəhlizinin açılması perespektivləri və dəhlizin geçikməsinin səbəbləri, son günlər ərzində Ermənistanın ərazisindən Azərbaycan ərazilərində atəşkəsin pozulmasının əsas səbəbləri, pozulan atəşkəsdə revanşist Köçaryanın təsiri və rolu, Köçəryanın deputat mandatından imtina etməsinin səbəbləri, bu gün Qərbin Azərbaycanla Rusiyanın mübasibətlərinin pozulmasında maraqlı olması ehtimalı, Avropa İttifaqının Ermənistana 3 milyarda yaxın avro vəsait ayırdığı halda, Azərbaycana 150 milyon avro ayırmasının səbəbləri, Qərbin Azərbaycana ikili standartlarla yanaşmasının əsas səbəbləri, bu gün Qarabağda olan 25 000 erməniyə görə statusun verilməsini gündəmə gətirmək istəyən qüvvələrinin maraqları, son günlər Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri hörmətli Allahşükür Paşazadəyə qarşı aparılan kampaniyanın səbəbləri, Şeyxə hücum edənlərin kimlikləri, Azərbaycan-İran münasibətlərinin pozulmasında maraqlı qüvvələrin fəaliyyəti, Azərbaycanın Medianın İnkişafı Agentliyinin qəzet və online saytlara göstərdiyi maddi dəstəyin təşkil edilməsi, media orqanlarına dövlət dəstəyinin təşkil olunmasının müsbət tərəfləri, mediada aparılan islahatlar və digər məsələlərə toxunulub. Verlişin həmçinin AXC TV-nin Yutub kanalında baxa bilərsiniz!