GündəmManşetSosialXəbər xətti

Qadın əri tərəfindən bıçaqlandı, qətlə yetirildi – Bakıda!

İyulun 24-ü saat 11 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcova əri 1977-ci il təvəllüdlü Meyxoş Cəfərov tərəfindən qətlə yetirilib. Şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xatirə Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.