Hər kəs antiterror əməliyyatına hazır olmalıdır – Sabir Rüstəmxanlı
“Hər kəs antiterror əməliyyatlarına hazır olmalıdır. Çünki Ermənistan bizim ərazilərimizi atəşə tutur, onlar Bəyənnamənin tələblərini pozurlar”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.
O, bildirib ki, torpaqları qorumaq bizim borcumuzdur:
“Ora bizim öz ərazimizdir, bu, bizim işimiz və borcumuzdur. Azərbaycan əsgərini, vətəndaşlarını, torpaqlarını qorumalıyıq. Buna görə də biz antiterror əməliyyatlarına hər an hazır olmalıyıq”.(azxeber.com)