GündəmManşetSiyasətXəbər xətti

QHT-lərlə onlayn görüş keçiriləcək

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov feysbuk səhfəsində elan yerləşdirib.Həmin elanı diqqətinizə çatdırırıq:

“Sağlamlığın qorunması və narkomaniya ilə mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərin nəzərinə!

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri aidiyyəti QHT-lərlə onların fəaliyyət sahələrinə uyğun silsilə onlayn görüşləri (Zoom vasitəsi ilə) davam etdirir. Bununla əlaqədar olaraq, əlaqələndiricisi olduğum SAĞLAMLIĞIN QORUNMASI VƏ NARKOMANİYA İLƏ MÜBARİZƏ istiqaməti üzrə QHT-lərin elektron poçtlarına dəvət məktubları və Zoom görüş üçün müvafiq linklər göndərilib. Bu səbəbdən elektron poçtlarınızı mütəmadi yoxlamağınız xahiş olunur. Əlavə məlumat üçün bildirmək istəyirəm ki, yuxarıda qeyd olunan istiqamət üzrə fəaliyyət göstərən QHT-lərlə görüş  23 iyul 2021-ci il saat 11:00-da keçiriləcək. Görüşdə yeni yaranmış Agentliyin məqsəd və vəzifələri, strategiyası barədə məlumat veriləcək, həmçinin görüşdə iştirak edən QHT-lərin əsas problemləri, gözləntiləri və gələcəkdə nəzərdə tutulan qrant müsabiqələrinin mövzuları istiqamətində fikir mübadiləsi aparılacaq. Əgər sizin təşkilat SAĞLAMLIĞIN QORUNMASI VƏ NARKOMANİYA İLƏ MÜBARİZƏ sahəsində fəaliyyət göstərirsə və sizin elektron poçtunuza bu görüşə dair hər hansı bir məlumat daxil olmayıbsa, iştirak etmək istəyiniz barədə bildirişi mənim facebookdakı poçt qutuma yazmağınız (göndərməyiniz) xahiş olunur”.

Qeyd edək ki, Müşahidə Şurasının üzvü digər sahə üzrə fəaliyyət göstərən QHT-lərə müraciət edib:

 

“Ekologiya (ətraf mühitin qorunması) sahəsində fəaliyyət göstərən QHT-lərin nəzərinə!

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri aidiyyəti QHT-lərlə onların fəaliyyət sahələrinə uyğun silsilə onlayn görüşləri (Zoom vasitəsi ilə) davam etdirir. Bununla əlaqədar olaraq, əlaqələndiricisi olduğum EKOLOGİYA istiqaməti üzrə QHT-lərin elektron poçtlarına dəvət məktubları və Zoom görüş üçün müvafiq linklər göndərilib. Bu səbəbdən elektron poçtlarınızı mütəmadi yoxlamağınız xahiş olunur. Əlavə məlumat üçün bildirmək istəyirəm ki, yuxarıda qeyd olunan istiqamət üzrə fəaliyyət göstərən QHT-lərlə görüş  22 iyul 2021-ci il saat 11:00-da keçiriləcək. Görüşdə yeni yaranmış Agentliyin məqsəd və vəzifələri, strategiyası barədə məlumat veriləcək, həmçinin görüşdə iştirak edən QHT-lərin əsas problemləri, gözləntiləri və gələcəkdə nəzərdə tutulan qrant müsabiqələrinin mövzuları istiqamətində fikir mübadiləsi aparılacaq. Əgər sizin təşkilat EKOLOGIYA sahəsində fəaliyyət göstərirsə və sizin elektron poçtunuza bu görüşə dair hər hansı bir məlumat daxil olmayıbsa, iştirak etmək istəyiniz barədə bildirişi mənim facebookdakı poçt qutuma yazmağınız (göndərməyiniz) xahiş olunur”.