77 yaşlı qadın intihar etdi
Qəbələ rayonunda qoca qadın intihar edib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yenikənd kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1944-cü il təvəllüdlü Ülkər Lətif qızı Məmmədova özünü yaşadığı evdə asıb.
İntiharın səbəbləri hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.