Bakı “sülhməramlılardan” atəş açanların həbsini tələb etməlidir – Ekspert
Şuşa şəhərinin rus sülhməramlılarının olduğu istiqamətdən Azərbaycan mövqelərinin atəşə tutulması cəmiyyətimizdə hiddətlə qarşılandı.Məsələ ilə bağlı ekspert Ələsgər Əhmədoğlunun fikirlərini təqdim edirik:
“Dünən gecə Şuşa şəhərinin rus “sülhməramlılarının” olduğu istiqamətdən atəşə tutulması rus “sülhməramlılarının” bölgədə bəyan etdikləri missyadan çox uzaq olduqlarını və birgə bəyanatdan doğan öhdəliklərini icra edə bilmədiklərini açıq göstərir.
Azərbaycan tərəfi dərhal “sülhməramlılardan” atəş açanların həbs olunmasını tələb etməli, bir daha bənzər hadisələrin olması durumunda üçtərəfli bəyanatın icra olunmadığını əsas gətirərək öz ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkisilah edilməsi əməliyyatına start verəcəyini aydın dillə ifadə etməlidir.
Əks halda bu nəbz yoxlamalarının davamı başqa yerə gedib çıxar”.