Prezidentdən Kəmaləddin Heydərovla bağlı SƏRƏNCAM
Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Kəmaləddin Fəttah oğlu Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
60 yaşını tamam olan general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Respublikasının fövqəladə hallar naziridir.