Azərbaycanlı miqrant Almaniyadan deportasiya olunur
Almaniyada qanunsuz yaşayan və sığınacaq tələbi rədd edilən Azərbaycan vətəndaşlarının növbəti kütləvi deportasiyası gözlənilir.
Ötən gün 30-a yaxın azərbaycanlı Münhen hava limanı yaxınlığındakı miqrasiya idarəsi tabeliyində olan, deportasiya ediləcək şəxslərin müvvəqqəti saxlanıldığı mərkəzə gətiriliblər.
Adları deportasiya ediləcək şəxslərin siyahısında olan 10-dan çox şəxsin də axtarışları aparılır. Münhen polisi Azərbaycan vətəndaşlarının qaldıqları mənzillərə baş çəksə də, deportasiya ediləcək şəxsləri orada tapa bilməyiblər.
Məlumatda bildirilir ki, bu dəfə deportasiya ediləcək şəxslər 2016-2019-cu illərdə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyənlər, indiyə kimi möhlət hüququ ilə yaşayanlar və ölkədə qalma müddəti bitən şəxslərdir.
Xatırladaq ki, cari il yanvar ayından indiyədək Almaniyada yaşayan Azərbaycan vətənaşlarının 6 dəfə kütləvi deportasiyası həyata keçirilib.(Report.az)