“Biz buna layiq idik” – Roberto Mançini
“Biz buna layiq idik. Çox xoşbəxt və qürurluyuq. İtaliyaya fəxr edəcəkləri bir ay yaşatdıq. Bu çempionluğu bütün italyanlara həsr edirik”.
Bunu AVRO-2020-nin qalibi olan İtaliya millisinin baş məşqçisi Roberto Mançini deyib. Qeyd edək ki, Londonun “Uembli” stadionunda keçirilən İtaliya-İngiltərə matçının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib, hesab 1-1 başa çatıb. Penaltilər seriyasında 3-2 üstün olan italyanlar 53 il sonra yenidən Avropanın ən güclüsü adını qazanıb.