GündəmManşetSiyasətSosialXəbər xətti

Bakıda kişi həyat yoldaşını qətlə yetirdi, özünü isə bıçaqladı.

Bakıda kişi həyat yoldaşını qətlə yetirib.

Xəzər rayon prokurorluğundan verilən məlumata görə, hadisə iyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüş, daha sonra həmin bıçaqla özünə xəsarət yetirmişdir.

Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.