Gürcüstanda ev almaq istəyən uşaqlı ailələrə hökumət yardım edəcək…
Gürcüstanda ev almaq istəyən uşaqlı ailələrə hökumət yardım edəcək…
Gürcüstan hökuməti, uşağı olan ailələrə kreditlə ev almaqda yardım edəcək. 24News.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava, “İqtisadiyyat – 2030” layihəsinin təqdimatı zamanı açıqlama verib.
Onun sözlərinə görə, 1 və 2 uşağı olan ailələrin ev kreditlərinin 6%-ni, 3 və artıq uşağı olan ailələrin isə ev kreditlərinin 8%-ni hökumət qarşılayacaq: “Çoxuşaqlı ailələrə xüsusi diqqət ayıracağıq, bir və iki uşağı olan və ev almaq üçün kredit götürən ailələrin kreditnin 6% -ni, üç və artıq uşağı olan ailələrin isə kreditinin 8%-ni qarşılayacağıq. Bununla da praktiki olaraq faizin böyük hissəsi dövlət tərəfindən ödəniləcək. Bu, çox vacib, gələcəyə hesablanmış bir proqramdır və yaxın vaxtlarda təsdiqlənən kimi aktivləşdiriləcək”, – deyə N. Turnava bildirib.