Xəbər xətti

“Partlayışı “palçıq vulkanı” adlandırmaq rəsmi orqanların “kreativliyidir”” – Ekspert

Xəzər dənizində baş vermiş partlayışa iqtisadçı ekspert Nazim Bəydəmirli də münasibət bildirib.Aktor.Az onun fikirlərini təqdim edir:

“Xəzərdəki axşam baş vermiş bu partlayışı “palçıq vulkanı” adlandırmaq bizim rəsmi orqanlarının “kreativliyidir”…Bakıya atılan “İskander M” raketinin Şuşada qar əriyəndən sonra tapılması kimi…

Bizim ölkənin ciddi düşməni var, o düşmən ancaq belə metodlarla qorxutmaq yolunu bilir, hökumət qorxmasın, milli məsələlərdə xalq arxasında duran hökumətə heç bir “bandıt ölkə” bata bilməz…Azərbaycan hökuməti, xalqına güvənin, hər şeyi açıq-aşkar danışın, milli birlik üçün həqiqi dialoqa, real islahatlara ehtiyac var…Düşmən ölkədən çəkinməyin, açıq siyasət aparın, Rusiyanın adı altında heç bir “siyasi, hərbi, iqtisadi bloka” yönlənməyin!”

Qeyd edək ki, rəsmi dövlət qurumları axşam baş vermiş partlayışı vulkanla əlaqələndiriblər.