QHT rəhbərləri Polis Günündə maraqlı tədbirə imza atdılar – FOTOLAR
1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilib.
Müstəqillik bərpa olunduqdan sonra isə 24 may 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanına əsasən Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir. Ermənilərin torpaqlarımıza hücumları başlayandan vətəni qoruyanların ilk sırasında məhz Azərbaycan polisi dayandı. Öz sıralarından onlarla şəhid verən polislərimiz 44 günlük Vətən Müharibəsində qardaşlarını və dostlarını itirdilər.
Bu gün onların övladları bizlərə əmanətdi. Ataları yanlarında olmasa da onların könlünü almaq, az da olsa sevinc bəxş etmək üçün 2 iyul tarixində Ailə Dünyası Ailələrə Hüquqi Yardım ictimai birliyinin sədri Gülay Səfərova, Qürur Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri Naibə Beybudova və müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı doqquz şəhidin övladını bir ararya gətirdilər.
Təşkilatçılardan QHT sədri Gülay Səfərovanın zəhmətinin məhsulu idi ki, 17 şəhid övladı əyninə polis forması geyərək döşlərində atalarının şəkillərini qürurla gəzdirirdilər. Bu gün məhz istər ölkə daxilində istərsə də xaricdə böyük marağa səbəb olan bir məkan seçilmişdi. Təşkilatçılar “Hərbi Qənimətlər Parkı”nın şəhid polis övladlarının heyrətinə səbəb olacağını yaxşı bilirdilər.
3-16 yaş həddində olan balalar məkana baxdılar. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması həm də vətənpərvərlik təbliğatı məqsədini daşıyır. Şəhid Polis övladları bir gün anlayacaqlar ki,atalarının tökdükləri qanların hesabına Zəfər qazanılıb. Bir neçə saat həyatlarında unutmayacaqları anları yaşayan uşaqların istirahət zamanı da təmin olundu .
QHT sədri Naibə Behbudova da uşaqların istər nəqliyyat və digər məsələlərdə rahatlığını təmin etmək üçün xeyli iş görmüşdü.
MADO adı ilə məşhur olan , uşaqların sevimli yerlərindən birini seçən QHT sədri Mətanət Əsgərqızı şəhid polis övladlarının adlarını eşidən kimi qurumun rəhbərliyinin istirahətlərini təmin etmək üçün təcili tapşırıqlar verildiyini məmnunluqla qeyd etdi.Bir neçə saat maraqlı bir tədbirin iştirakçıları olan şəhid övladları bir gün geydikləri polis formasında yenə vətəni qoruyacaqlar. Atalarının yarımçıq arzularını davam etdirəcəklər.
“Belə tədbirlər davamlı olacaq”, bunu təşkilatçılar , Gülay Səfərova Naibə Beybudova, Mətanət Əsgərqızı dönə-dönə qeyd etdilər. Şəhid polislərimizin övladlarına belə gündə göstərdikləri dəstəyə görə hər kəsə minnətdarlıq bildirdiklərini də dönə-dönə təkrarladılar.
Peşə bayramınız mübarək, əziz Azərbaycan POLİSİ!