GündəmManşetSosialXəbər xətti

5 uşaq atası intihar etdi – Azərbaycanda

Şəkidə intihar hadisəsi baş verib.APA xəbər verir ki, hadisə rayonun Bideyiz kəndində qeydə alınıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Cumay Həsən oğlu İbadullayevin meyiti yaşadı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib. 5 övlad atası olan C. İbadullayevin hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.