Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin məlumatı
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.
Təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin iyun ayında üç hadisə nəticəsində 8 mülki şəxsin və bir hərbçinin mina qurbanı olduğunu qeydə alınmışdır. Bu hadisələr nəticədə dörd mülki şəxs həlak olmuş, beş nəfər yaralanmışdır. 2021-ci ilin iyun ayında minalarla bağlı hadisələr Tovuz, Kəlbəcər və Ağdam rayonlarının ərazisində baş vermişdir.
Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 68 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır ki, bunlardan da 21 nəfəri həlak olub. Bundan başqa 5 nəfərlə bağlı daxil olmuş məlumat dəqiqləşdirilir.
30 İyun 2021ci il tarixdə Azərbaycan Respublikasının Xocavənd rayonunda Rusiya sülhməramlıların nəzarət etdiyi ərazidə Ermənistan ordusunun 3 hərbçisi özlərinin basdırdıqları minanın partlayışına məruz qalmış, nəticədə 1 nəfər ölmüş və 2 nəfər yaralanmışdır.
Hafiz Səfixanov
Minalar Əleyhinə Azərbaycan Kampaniyası
İctimai Birliyinin Sədri
tel: +99450 347 6590