“Qiymətləri artıran hökumət cəmiyyətin əsəblərini sınağa çəkir” – Ekspert
Ekspert Ələsgər Əhmədoğlu son qiymət artımına münasibət bildirib.Aktor.Az onun fikirlərini təqdim edir:
“Hökumət benzinin qiymətini qaldıranda bəhanə edirdi ki, benzinin istehsalını xammalımız olsa da burda bacarmırıq, xaricdən gətiririk. İndi bu qazın qiymətini qaldıranda bu “xaric” arqumenti heç işləmir. Borusunu İtaliyaya qədər uzadan hökumətin indi xaricilərin borusuna istinad imkanı da qalmayıb…
Ardıcıl olaraq ilin əvvəlindən qiymətləri durmadan artıran hökumət, elə bil cəmiyyətin əsəblərini sınağa çəkir. Ölkə əhalisinin böyük əksəriyyəti işsizdir. Pandemiya il yarımdır hər kəsin imkanlarını məhdudlaşdırıb. Bu vəziyyətdə bir də kommunal xidmətləri, qazı, elektiriyi,suyu, benzini, dizeli, məhkəmə xərclərini, cərimələri dəfələrlə qaldırıb, istehlak qiymətlərini də sürətlə artırmaq insanların çörəyini əlindən almaqdır. Bu arada çörək də ilin əvvəlindən 20% bahalaşıb. Belə olmaz! “