DünyaGündəmManşetSiyasətXəbər xətti

“Lavrovla Qrandinin söhbəti ətrafında müzakirələrdə yanlışlıqlar var” – Elçin Mirzəbəyli

Bir neçə gündür sosial şəbəkələrin Azərbaycan seqmentində və yerli internet resurslarında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə söhbəti ətrafında müzakirələr aparılır. Təbii ki, maraqlı yanaşmalar da az deyil. Amma təəssüf ki, hətta peşəkarlığı şübhə doğurmayan ekspertlərin, həmçinin media resurslarının yanaşmalarında da Sergey Lavrov və Filippo Qrandinin müzakirə etdiyi məsələlərlə bağlı təqdimatda yanlışlıqlar var. Hər yerdə qeyd olunur ki, “Rusiyanın xarici işlər naziri və BMT-nin qaçqınlar üzrə ali komissarı qaçqınların Qarabağ və ətraf rayonlara qayıdışı məsələsini müzakirə ediblər”.
Xatırladım ki, Rusiya xarici işlər nazirliyinin görüşlə bağlı məlumatında müzakirənin predmeti haqqında yanlışlığa yol verilməyib, söhbətin “qaçqın və məcburi köçkünlərin qayıdışından” getdiyi vurğulanıb. Doğrudur, Rusiya XİN-in mətbuat xidməti burada da klassik “diplomatik ibnəliyini” yenə də büruzə verərək “Dağlıq Qarabağ və ona bitişik rayonlar” ifadəsini təkrarlamağı da unutmayıb. Təbii ki, bu başqa bir şərhin mövzusudur və bu barədə imkan düşəndə daha ətraflı yazacağam.
Əvvəla, çoxlarının çox yaxşı bildiyi “qaçqın” və “məcburi köçkün” anlayışlarına qısaca aydınlıq gətirmək istəyirəm:
Qaçqın öz ölkəsini irqinə, dininə, vətəndaş vgə ya siyasi baxışlarına, həmçinin konkret sosial qrup aid olduğuna görə, təqibə məruz qalmaq təhlükəsindən tərk edən şəxlərə deyilir.
Münaqişə, təbii fəlakət və yaxud digər səbəblərdən yaşayış yerlərini ölkənin sərhədləri çərçivəsində tərk etmək məcburiyyətində qalan şəxslər isə “məcburi köçkün” adlanırlar.
Xatırladım ki, 10 noyabr bəyanatının 7-ci bəndində də söhbət daxili məcburi köçkünlərin və qaçqınların qayıdışından gedir.
Həmçinin bizim Ermənistanı sülhə məcbur etməklə həyata keçiridiyimiz BMT qətnamələrində də məcburi köçkünlərin və qaçqınların öz yaşayış yerlərinə qayıdışının təmin edilməsindən söz açılır.
Bu baxımdan, biz qaçqınların geriyə qaytarılmasından söz açanda, yalnız indiki Ermənistan Respublikasının ərazilərindən zorla çıxarılan soydaşlarımızı nəzərdə tutmalıyıq. Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən, həmçinin hazırda Rusiya sülhməramlılarının müşahidəsi altında olan, etnik ermənilərin yaşadığı, yaxu yaşamadığı yaşayış məntəqələrindən, o cümlədən Xankəndi, Xocalı və digər ərazilərdən zorla çıxarılan Azərbaycan vətəndaşları isə məcburi köçkün statusu daşıyırlar. Məsələn, əgər biz Xankəndiyə məcburi köçkünlərin deyil, qaçqınların qayıtmasından danışsaq və bu halda Xankəndinin Azərbaycanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşdırılmış azərbaycanlı sakinlərini nəzərdə tutsaq, o zaman Xankəndi üzərindəki suveren hüquqlarımızı şübhə altına almış oluruq.
ELÇİN MİRZƏBƏYLİ