Canlı efirdə Natiq Cəfərli ilə Əhəd Məmmədli bir-birini söydü – VİDEO
Real partiyasının sədr müavini Natiq Cəfərli ilə Ağ Partiyanın başqan müavini Əhəd Məmmədli Müsavat TV-nin canlı yayımında bir-birinə qarşı ağır sözlərdən istifadə ediblər.
“Canlı debat”da üz-üzə gələn müxalifət funksionerləri qarşılıqlı təhqirə qədər gedib çıxıblar. Ə. Məmmədli opponentini “qanmaz” adlandırıb və cavabında “qanmazın yekəsi sənsən, sənin sədrindir” sözlərini eşidib.
AĞ Partiyanın başqan müavini N. Cəfərlini satqınlıqda ittiham edib: “Tutuldun, heç 20 gün prokurorluqda qala bilmədin. Dedin ki, İlqar Məmmədov deyib. Bunlar əqidəsiz adamlardırlar…”
N. Cəfərli isə cavabında onu “debil” adlandırıb: “Azərbaycan hakimiyyəti belə “debil”ləri gətirib Azərbaycan siyasətinə qoyub”.
Qonaqlar, hətta bir-birinə qarşı söyüşlü sözlərdən də istifadə ediblər.
Aparıcı onları sakitləşdirməyə çalışsa da, alınmayıb, nəticədə verilişi yarımçıq kəsməli olub. (Qafqazinfo)