Bakıda sərnişin avtobusları toqquşub.

Bu barədə Aktor.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub.

Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərimizdən 7 nəfər xəsarət alıb ki, onlar da ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.