Polislər Saakaşvilini restorandan döyə-döyə belə çıxardılar – VİDEO
Kiyevdə saxlanılan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynadan çıxarılması barədə məlumat verilmişdi.
Aktor.Az xəbər verir ki, Saakaşvili dünən yerli vaxtla 16.00-da (Bakı vaxtı ilə 18.00-da) çarter reysi ilə Kiyevdən Polşaya uçub.
Xatırladaq ki, Mixail Saakaşvili fevralın 12-də günorta saatlarında Kiyevdə saxlanılmışdı.Axşam saatlarında olduqca diqqət çəkən görüntülər yayılıb. Belə ki, Ukrayna güc strukturu əməkdaşlarının Saakaşviliyi böyük təzyiqlər altında – onun saçından tutaraq, üz nahiyəsinə zərbələr endirməklə “Suluqunu” restoranından çıxardıqları anlar ərazidəki təhlükəsizlik kameralarına düşüb.
Qeyd edək ki, bu olay artıq ciddi narazılıq yaratmağa başlayıb.
Aktor.Az həmin videonu təqdim edir: