“Ermənistan iki partiyalı sistemin yaranmasına doğru addım atdı” – İlqar Məmmədov
“İyunun 20-də erməni xalqı sülhə səs verdi. Ermənistan müstəqillik əldə edəndən bəri biz azərbaycanlılar Ermənistan cəmiyyətindən ilk dəfədir müsbət ismarıc almışıq”.
Bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.
İ.Məmmədov vurğulayıb ki, daha ölkələr arasında sülh çox yaxındır – əgər yeni hökumətinin güclü mandatını Paşinyan yanlış anlamasa.
“Onun partiyası parlamentdə yetərli çoxluq qazanaraq, təkbaşına hökümət quracaq. Səsvermənin indiyə olan nəticələrinə görə, müxalifətdən ancaq bir qüvvə parlamentdə yer qazanır, ən azından yerlərin 1/3-ni. Ölkə iki partiyalı sistemin yaranmasına doğru addım atdı” – İ.Məmmədov bildirib.