GündəmManşetSiyasətXəbər xətti

“Rusiya itkilərini Yuxarı Qarabağda bərpa etməyə çalışacaq” – Arif Hacılı

“Ermənistan parlamentinə növbədənkənar seçkilərdə Rusiyanın açıq dəstək verdiyi Koçaryan məğlub oldu. Ermənistanda Rusiyanın təsir imkanlarının məhdudlaşması müsbət hadisədir.

Aktor.Az xəbər verir ki, bu sözləri feysbuk hesabında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı bildirib ki, arxayınlaşmaq olmaz: “İndi Rusiya Ermənistandakı itkilərini Yuxarı Qarabağda bərpa etməyə, nəzarəti altında olan bu ərazini Cənubi Qafqazda əsas forpostuna çevirməyə çalışacaq”.