GündəmİdmanManşetXəbər xətti

Bu gün futbol üzrə Avropa çempionatı start götürür

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı start götürür.Romada İlk oyun günündə A qrupunda mübarizə aparan İtaliya və Türkiyə üz-üzə gələcək.

A qrupunun daha 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu iyunun 12-də İsveçrə-Uels, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.