Damla atasını son mənzilə belə yola saldı – FOTOLAR
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında müğənni Damlaya ağır itki üz verib. Müğənninin atası ürək çatışmazlığından dünyasını dəyişib.
Hazırda müğənninin atasının dəfn mərasimi keçirilir.
Xanim.az – ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, müğənni çəkiliş qrupuna yas mərasimində iştirak etməyə razı olmadığını bildirib. O söyləyib ki, ailəsi və yaxınları çəkiliş səbəbindən yasda iştirak etməyə çəkinirlər. Ağır itki yaşayan müğənni Damla heç bir halda yas çadırından hər hansı bir görüntü əldə etməyə icazə verməyib.
Dəfn mərasimindən fotoları təqdim edirik: