GündəmİqtisadiyyatManşetSiyasətSosialXəbər xətti

“Tenderlər formal həyata keçirilir” – Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxış edib və müxtəlif qanun layihələri iə bağlı fikirləlrini bölüşüb. İlk olaraq “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı çıxış edən millət vəkili “mən ikinci oxunuşda iki məsələyə münasibət bildirdm. Biri şəhərin idarəolunmasının hansı formada həyata keçiriləcəyi ilə bağlı idi. Hörmətli Əli Hüseynli məlumat verdi ki, konstitusiyaya uyğun olaraq icra hakimiyyətli və bələdiyyələr fəaliyyətlərini davam etdirəcəklər”, – deyə bildirib: “Qaldırdığım ikinci məsələ şəhərə giriş-çıxışın tənzimlənməsi məsələsi – qanunun 11-ci maddəsi ilə bağlı idi. Hörmətli Qənirə Paşayeva dedi ki, ikilikdə mənimlə danışıb. Əslində Qənirə xanımın ikilikdə mənə dedikləri məni qane etməmişdi. Qənirə xanım bu gün də qanunu təqdim edərkən çıxışında söylədi ki, biz burada məsələləri təkcə özümüz üçün yox, həm də ictimaiyyət üçün qaldırırıq. Mənim bu sualıma cavab olaraq dedi ki, bütün qoruqlara giriş-çıxışlar tənzimlənir. Çox təəssüf ki, nə qoruqlar, nə də milli parklar haqqında qanun yoxdur. Amma bəzi qoruqlara giriş pulludur, bəzi qoruqlara isə kənar şəxslərin girişi tamamilə qadağandır. Bu səbəbdən yenə də aydın olmadı ki, Şuşa şəhərinə giriş-çıxış hansı qaydada təşkil olunacaq, hansı qaydada tənzimlənəcək. Yəni bu təhlükəsizliklə bağlı məsələdirsə, bu qədər maşını bir-bir yoxlamaq şəhərin girişində böyük tıxaclar əmələ gətirə bilər. Şəhərə giriş pullu olacaqsa – hesab edirəm ki, bu da düzgün deyil. Ona görə ki, hər bir azərbaycanlı Şuşa şəhərinə getmək istəyəcək. Yəni bu məsələyə aydınlıq gətirilməsi məndən çox ictimaiyyət üçün lazımdır…”.

Deputatla dövlət qulluqçusunun fərqi…

Millət vəkili “Dövlət qulluğu haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzairəsi zamanı da çıxış edib. O, “qanunun sadələşdirilməsi ilə bağlı məsələ qaldırmışdım. O zaman Kamal Cəfərov dedi ki, inkişaf etmiş ölkələrdin çoxunda dövlət qulluğuna qəbul müsahibə yolu ilə həyata keçirilir”, – deyə vurğulayıb: “Əslində dolayısı ilə mənim dediklərimi təsdiqlədi ki, müsahibə yolu ilə dövlət qulluğuna qəbul həyata keçirilir. Əgər elədirsə o zamana testə nə ehtiyac var? Yəni bu məsələyə aydınlıq gətirmık istəyirdim. İkincisi, dövlət qulluqçularının hər 5 ildən bir test üsulu ilə imtahan verib yenidən sertifikat alması məsələsinə də toxundu. Mən misal çəkdim ki, vəzifəli şəxslər işlədikləri dövrlərdə təcrübə qazanırlar və bu qanuna səs verəcək millət vəkillərinə də üz tutdum. Hətta dedim ki, ilk dəfə seçilən millət vəkilləri də görürlər ki, bir il ərzində onların təcrübələri xeyli artıb. Sanki Kamal müəllim mənim sözümdən tuturmuş kimi, dərhal dedi ki, deputatlar da 5 il müddətinə seçilirlər. Mən, təəssüf edirəm ki, Kamal müəllim deputatla dövlət qulluqçusunun funksiyalarını bir birindən ayıra bilmir. Dövlət qulluqçusu konkret olaraq qanunların icrası ilə məşğul olur. Amma millət vəkili qanunlar qəbul edir. Müxtəlif siyasi platformalara uyğun olaraq, hər 5 ildən bir, siyasi partiyalar siyasi sistemin əsas elementi kimi fərqli proqramları, platformaları ilə xalqın qarşısına çıxırlar və onlara səs vermələrini istəyirlər. Yəni doğrudan da millət vəkili ilə dövlət qulluqçusunun bu şəkildə müqayisə etmək nə dərəcədə doğrudur? Ona görə də hesab edirəm ki, qanunu təqdim edən şəxslər cavab verməmişdən öncə əgər bir məsələ ilə bağlı tam əminlikləri yoxdursa, ya danışmasınlar, ya da gözləsinlər növbəti oxunuşda məsələləri aydınlaşdırıb sonra cavab versinlər”.

“Dövlətin mülkiyyətində olan inhisarçı şirkətlər bölünüb, özəlləşdirilməlidir”

Qüdrət Həsənquliyev “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı da fikirlərini bölüşüb. Millət vəkili “hökumətin hesabatında demişdim ki, bizim 2020-ci ildə hökumətin fəaliyyətini tənqid etməyimiz düz olmazdı”, – deyə bildirib. Onun sözlərinə görə, 2020-ci ildə həqiqətən çox böyük sınaqlarla üz-üzə qalmışıq və bu sınaqlardan üzüağ çıxmışıq: “Bilirik ki, dövlət pandemiyada avadanlıqlar, dərman, vaksin alıb və çalışıb ki, pandemiyadan az itkilərlə çıxsın. 2020-ci ildə manatın kursu sabit saxlanılıb. Müharibə dövründə ordu silah-sursatla layiqincə təchiz olunub. Hətta pandemiya dövründə iş yerlərinin qapanması ilə əlaqədar olaraq insanlara yardım da göstərilib.

Düzdür, bəzi dövlət məmurlarının səriştəsizliyi üzündən bu yardımların çatdırılmasında müəyyən nöqsanlar olub. Amma ümumən insanlara, sahibkarlara yardım edilib. Buna görə də, hesab edirəm ki, hökumət pandemiya ilə mübarizədən və müharibədən üzüağ çıxıb. Bu məsələdə Maliyyə Nazirliyinə də xüsusi təşəkkür düşür. Amma bununla yanaşı qeyd eləmək istəyirəm ki, Hesablama Palatasının rəyində çox ciddi məsələlər vurğulanır ki, onların üzərinə getmək və o problemləri həll etmək lazımdır. Mən hər dəfə məsələ qaldırıram ki, Hesablama Palatası rəyinin sonunda təkliflər verir. Həmin təkliflər həm hökumət tərəfindən öyrənilməli, həm də Milli Məclisə məruzə olunmalıdır. Hesablama Palatasının özü tərəfindən də Milli Məclisə məlumat verilməlidir ki, onun təkliflərinin hansı hissəsi hökumətlə müzakirə olunaraq nəzərə alındı, hansı hissəsi isə müzakirə olundu, amma nəzərə alınmadı və niyə nəzərə alınmadı. Bundan başqa yeni büdcə gəlir. Büdcə ilə əlaqədar olaraq hər dəfə məsələ qaldırırıq ki, büdcə sistemi haqqında qanuna görə dövlət investisiya proqramına daxil olan layihələrin siyahısı Milli Məclisə təqdim olunmalıdır. Amma çox təəssüflər olsun ki, bu siyahı təqdim olunmur. Biz bilirik ki, əsil problemlər hardadır? Problemlərdən biri odur ki, tenderlər formal həyata keçirilir. Orada həqiqi tender, həqiqi yarışma olmur. Biz bilirik ki, ayrılan vəsait faizlərlə bəzən müxtəlif vəzifəli şəxslər arasında bölüşdürülür. Bunun qarşısını almaq üçün hansı effektiv metodlar nəzərdə tutulur? Qanunvericiliyin təkmilləşdirilməsindən tutmuş digər inzibati qərarların qəbul olunmasına qədər. Bundan başqa Hesablama Palatası çox geniş bir rəy verir. Bu rəyi hamının oxuması qeyri mümkündür. Ona görə də, rəylə yanaşı, düşünürəm ki, həm cənab Prezidentə, həm Baş nazirə rəy əsasında 3-4 səhifəlik bir arayış da hazırlanmalıdır. Bu arayışda Hesablama Palatası xüsusilə nəyi vacib hesab edirsə həmin məsələlərə xüsusilə diqqət yetirlməli və sistemləşdirilməlidir. Mən, demirəm ki, digər məsələlər az əhəmiyyətlidir. Amma daha əhəmiyyətli məsələlər arayış formasında ayrıca təqdim olunmalıdır ki, onunla əlaqədar olaraq tədbirlər görülsün.

Biz büdcəni müzakirə edəndə, hökumətin hesabatını dinləyəndə, büdcənin icrası ilə bağlı məsələni müzakirə edəndə hamımız daxilən əmin oluruq ki, ölkədə iqtisadi islahatlar dərinləşdirilməlidir.

Dövlətin mülkiyyətində olan inhisarçı şirkətlər bölünüb, özəlləşdirilməlidir. Xidmət sahələri ya özəlləşdirilməlidir, ya da uzun müddətə icarəyə verilməlidir. Biznes mühiti üçün əlverişli şərait yaradılmalıdır. Mən sizə tam əminliklə deyirəm ki, qanunlarda əks olunan vəziyyətlə real vəziyyət fərqlidir. Hökumət bununla bağlı araşdırma aparmalıdır və tədbirlər görməlidir. Konkret olaraq bir misal deyirəm. Məsələn, sahibkarlar torpaqların təyinatını dəyişdirilməsi ilə bağlı çox əziyyət çəkirlər. Amma bir il ərzində Bakı kəndlərinin ətrafında nə qədər təyinatı dəyişdirilməmiş pay topaqlarında fərdi yaşayış evləri tikilib. Əslində vəzifəli şəxs qanuni vəzifəsini yerinə yetirməmək üçün rüşvətxorluğa geniş imkanlar yaradır”.