Adam tanıyıram 90 bal toplayır, gedib rayonda işləyə bilmir – Sabir Rüstəmxanlı
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında dövlət quruculuğuna qəbul qaydalarından narazılığını bildirib.
Deputat bu məsələdə həyat təcrübəsinin olmasının vacibliyini xüsusi vurğulayıb: “İmtahan ayrıdır, həyat məsələsi ayrı. Elə insanlar var ki, hansısa rayonda illərlə işləyib və təcrübə toplayıb. Bu o deməkdir ki, hər şeyi çox yaxşı bilir.
Ola bilər ki, testdən yüksək nəticəylə keçəsən, amma gedib hansısa rayonda işləyə bilməyəsən. Adam tanıyıram 90 bal toplayır, gedib rayonda işləyə bilmir. Dövlət qulluğuna qəbulda ciddi dəyişikliklərin aparılmalıdır. Bu, belə davam edə bilməz”.