GündəmManşetMədəniyyətXəbər xətti

Tahir Salahov Birinci Fəxri xiyabanda dəfn ediləcək — RƏSMİ

Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov Bakıda I Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilrib.

Bildirilib ki, hazırda Xalq rəssamının cənazəsinin Almaniyadan Azərbaycana gətirilməsi üçün sənədləşmə işləri gedir: “Cənazənin nə zaman Bakıya gətiriləcəyi hələ ki məlum deyil, çünki bu sənədləşmə işlərindən asılıdır”.