Güləşçimiz Avropa çempionu oldu — VİDEO
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Demokrat.az-a verilən məlumata görə, 70 kq-da çıxış edən sərbəst güləşçimiz Cəbrayıl Hacıyev Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib.
Moldova güləşçisiylə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan Cəbrayıl ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.
Həmin final qarşılaşmasının görüntülərini təqdim edirik: