Bakıda 32 yaşlı oğlan özünü 17-ci mərtəbədən atıb
Bakı şəhərində intihar hadisəsi baş verib.APA xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Əhmədov Vəfail Mirməhərrəm oğlu yaşadığı binanın 17-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri araşdırılır.