Bakıda mağazadan 5 min manatlıq oğurluq edilib

Bakıda mağazadan oğurluq edən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən 250 manat pul oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş E.Xıdırov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki mağazaların birindən 500 manat pul, 4800 manat dəyərində 40 ədəd mobil telefon və danışıq kartları oğurlaması da müəyyən edilib.

Share: