FotoSiyasətXəbər xətti

Ramil Həsən növbəti dəfə seçicilərlə görüşdü – FOTOLAR

Milli Məclisin deputatı Ramil Həsən növbəti dəfə seçicilərlə görüşdü

Millət vəkili Ucar rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında saat 10:00-dan 13:00-a qədər çoxsaylı Ucar rayon sakinlərindən ibarət seçiciləri qəbul etmişdir.

Yumşaldılmış karantin dövrünün tələblərinə uyğun formada keçirilən qəbul, seçiciləri narahat edən problemlərin aradan qaldırılması baxımından faydalı və məhsuldar olmuşdur.

Vətəndaşlar tərəfindən qaldırılan problemlərdən içməli su təchizatı, suvarma sisteminin təkmilləşdirilməsi, işıq dirəklərindəki narahatlıq, məşğulluq və işsizlik, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər, şəxsi problemlərin həlli kimi məsələlər görüş zamanı ən çox səsləndirilən fikirlərdən olmuşdur. Vətəndaşlar, o cümlədən Qarabağ Müharibəsi veteranları, Şəhid və Qazi ailəri tərəfindən qaldırılan problemlərin bir qismi yerində öz həllini tapmış, digər qisminin isə müəyyən zaman çərçivəsində həll olunacağı tərəfimizdən bildirilmişdir. Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilmiş, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlamaqla nəzarətdə saxlanılacaqdır.

1 29
5 12
6 10
7 5
2 33

 

****

Həmçinin Milli Məclisinin deputatı Ramil Həsən Qazyan Mədəniyyət evinin inzibati binasında Qazyan, Boyat, Yuxarı Şilyan və Bağban kənd sakinlərindən ibarət seçicilərlə görüşmüşdür. Vətəndaşlar tərəfindən qaldırılan problemlərdən içməli su təchizatı, yol infrastrukturu, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər, şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olmuşdur. Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilmiş, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlamaqla nəzarətdə saxlanılacaqdır.Seçicilərə görüşdə göstərdikləri səbrli və xoş münasibətə görə təşəkkür edirik.

57
56
55 2