GündəmManşetXəbər xətti

QHT Şurası təkliflər sorğusu elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyi bir müddət öncə yeni ofisə köçüb. Şuranın yeni ünvana köçməsi ilə əlaqədar fəaliyyətinin təmin edilməsi, qarşısında duran vəzifələrin operativ və müvəffəqiyyətlə icrası üçün müəyyən mebel avadanlıqlarının və interyer xidmətinin satın alınmasına təcili ehtiyac yaranıb. Bununla bağlı vaxt məhdudiyyətini nəzərə alaraq mebel avadanlıqlarının və interyer xidmətinin satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini tətbiq etməklə, həmin Qanunun 48-ci maddəsinin tələblərinə uyğun olaraq təkliflər sorğusu (https://etender.gov.az/competition/proposed) metodu ilə həyata keçirilir.

Təkliflər sorğusunda iştirak etmək istəyən malgöndərənlər (podratçılar) təklifləri, müvafiq sənədləri və məlumatları 28 aprel 2021-ci il saat 17:00-dək qapalı zərfdə imzalı və möhürlü şəkildə Bakı şəhəri, Heydər Əliyev prospekti, 152, “Çinar Plaza” biznes mərkəzinin 3-cü mərtəbəsi ünvanında yerləşən Şura Katibliyinin ofisinə təqdim edə bilərlər.

Tender Komissiyası 29 aprel 2021-ci ildə nəticələri elan edəcək. Arzu edən QHT və media nümayəndələri qalibin müəyyən olunması prosesini müşahidə edə bilərlər.

Əlaqə vasitələri: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin Tender Komissiyasının sədri Elnur Bağırlı
– Telefon: (012) 493-17-80 (daxili-200)
– E-poçt ünvanı: ebagirli@cssn.gov.az