ManşetMediaSağlıqXəbər xətti

Sabahdan jurnalistlərin vaksinasiyasına başlanılır

Sabahdan Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır.

Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Ə. Amaşov qeyd edib ki, jurnalistlərin vaksinasiya üçün redaksiyalardan Mətbuat Şurasına müraciət olunub və siyahı verilib: “Verilən siyahılara əsasən, jurnalistlər mərhələli şəkildə peyvənd olunacaq. Sabah 50-dən çox jurnalistin peyvənd olunması nəzərdə tutulur”.