“Siyavuş Novruzov YAP və Milli Məclisdən qovulsun!” – Sərxoş vəziyyət
“YAP-ın və Milli Məclisin təəssübünü çəkən, YAP-a və Milli Məclisə hörmət qoyulmasını istəyən ziyalı insanlar varsa, Naxçıvandakı 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən 20 ildir YAP-ın dəyişməz deputatı olan Siyavuş Novruzovun YAP-dan və Milli Məclisdən qovulması barədə təşəbbüs qaldırmalıdırlar”.
Bu açıqlama ilə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü çıxış edib. O, bildirib ki, S. Novruzovun Müsavat TV-nin efirinə sərxoş çıxması bu addımı zəruri edir:
“Bunun üçün tam hüquqi əsas da var: adam efirlərə içkili halda gəlir, anlaqlı durumda deyil və qeyri-etik davranışları təkrarlanan xarakter alır!
Onu YAP-dan və Milli Məclisdən qovmadıqca, Siyavuş Novruzov YAP-ın və Parlamentin dəyişməz siması olaraq qalacaq!”.