GündəmİqtisadiyyatKÖŞƏManşetSiyasətSosialXəbər xətti

Qiymət artımının ən böyük baiskarlarından biri Komitədir – Natiq Cəfərli

Ölkədə qiymət artımının ən böyük baiskarlarından biri Gömrük Komitəsidir. 

Bir çox iş adamlarıdan aldığım məlumata görə, yanvar ayından başlayaraq Gömrük Komitəsi rəsmi qaimələri tanımaqdan tam imtina edib, özündən yeni sxem icad edib. Sadə dildə izah etməyə çalışım: Məsələn, Kamal dayı mal gətirir, Almaniyadan alıb, rəsmi qaimədə malın ədədinin (ya bir kq-nın) qiyməti 6 avrodur (12 manat). Gömrük deyir ki, mən bu qaiməyə inanmıram, həm də Kamal dayının gətirdiyi mal bazarda 18 manata satılır, ona görə də malın dəyərini 12 manatdan yox, 18 manatdan hesablayacam. Kamal kişi deyir, a kişi, atan yaxşı, anan yaxşı, bazarda 18 manatdırsa, sən 18 manat qiymət qoyub daha çox rüsum alacaqsansa, mən qiyməti artırmalı olacam axı – Gömrük də cavab verir ki, bunun mənə dəxli yoxdur, uzaq başı 1 manat güzəşt edib qiyməti 17 manata rəsmiləşdirə bilərəm. Kamal dayı məcbur qalıb razı olur, malını çıxardır, malın maya dəyəri şişir, Kamal kişi bazara əvvəl eyni malı topdan 16 manata verirdi, mal da 18 manata satılırdı, indi bütün xərclər, o cümlədən Gömrüyün yeni qaimə qiyməti malın üzərinə gələndə mayası 16 manat olur, Kamal kişi məcbur olub malını topdan 18 manata satır, o zamanda malın pərakəndə qiyməti artıq 20 manata qalxır.

Hə, indi məsəlğnin ardı da var axı, gələn ay eyni malı Kamal kişi yenə sifarış edib gətirir, adamın işi budur, gəlir Gömrüyə, ona deyirlər ki, qaiməni boş ver, baxdıq bazara, satış qiyməti artıq 18 deyil, 20 manatdır, deməli 19 manatdan rəsmiləşdirəcəyik.

Bax beləcə Gömrük spiralvari qiymət artımına təkan verir, sonra da Komitə sədri pandemiya şəraitində, iqtisadi aktivliyin çökdüyü dövrdə hər ay çıxıb deyir ki, biz daha çox pul yığmışıq, elə bil ayaqqabı istehsal edib pul qazanırlar,  yığdıqları hər manatın son ödəyicisi bizik – vətəndaşlardır…

Natiq Cəfərli
İqtisadçı ekspert