Aktor TvDünyaGündəmManşetSiyasətVideo xəbərXəbər xətti

Soçidə Putinlə Nazarbayev arasında gərginlik yaşandı – VİDEO

Rusiyanın Soçi şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət başçılarının sammitində gərgin anlar yaşanıb.

 

Aktor.Az xarici mətbuata istinadən xəbər verir ki, tədbirin keçirildiyi zaman Rusiya prezident Vladmir Putin gözlənilmədən yerindən duraraq zala daxil olan Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevə tərəf gedib.

 

Onların digər prezidentlərin əyləşdiyi masadan kənarda müzakirə aparmaları zaldakı qonaqlarda gərginlik yaşadıb. Putinlə Nazarbayevin hansı məsələni təhlil etmələri barədə məlumat verilmir. Təxmin edilir ki, onlar son zamanlar Qazaxıstanla Qırğızıstan arasında yaşanan problemi gündəmə gətiriblər.

 

Qeyd edək ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.