Şura sədri “Miqrasiya məktəbi-3” layihəsinin dinləyiciləri üçün təlim keçirib
Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində təşkil edilən növbəti təlim DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov tərəfindən “Miqrasiya proseslərinin idarə olunmasında qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda təşkil edilib.
Təlim çərçivəsində iştirakçılara son onilliklər ərzində Azərbaycan Respublikasında təşəkkül tapan miqrasiya proseslərinə nəzərə salınıb, bu proseslərin xüsusiyyətlərinə diqqət yetirilib, onların idarə olunmasında fəal iştirak edən qeyri-hökumət təşkilatlarının rolu barədə ətraflı məlumat verilib. Məruzəçi Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın hazırkı fəaliyyət istiqamətləri haqqında danışıb və gələcək işləri barədə geniş məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində təşkil edilən tədris prosesində İctimai Şura ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.