Gənc qız özünü binadan atdı – Bakıda
Pirallahı rayonunda intihara cəhd hadisəsi baş verib.
Rayonun Səməd Vurğun küçəsində yaşayan 1996-ci il təvəllüdlü Zeynalova Fatimə Yusif qızı binanın 6-cı mərtəbəsində yataq otağının pəncərəsindən özünü yerə atıb.
O, təcili tibbi yardım xidmətinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, F.Zeynalovanın vəziyyəti ağırdır.(apa.az)