“Bakcell” BMT-ni məhkəməyə verdi
“Bakcell” MMC Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyini məhkəməyə verib.
“Report”un əldə etdiyi məlumata görə, iddia müqavilədən əmələ gələn öhdəliklərlə bağlı mübahisə ilə əlaqədardır.
Bakı Kommersiya Məhkəməsinə daxil olan ərizəyə hakim Ülkər Həsənovanın icraatındadır.
Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Həmin ilin may ayında Azərbaycanın BMT-də daimi nümayəndəliyi açılıb, noyabr ayında isə BMT-nin Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başlayıb.
“Bakcell” şirkəti 1994-cü ildə təsis olunub və Analoq Tipli Sistem Operatoru (ETACS) kimi fəaliyyətə başlayıb və 1996-cı ildən mobil telekommunikasiya xidmətləri göstərir.
2003-cü ildən şirkətin özəlləşmə prosesi başa çatıb və 2004-cü ilin yanvar ayından başlayaraq Bakcell 100% şəxsi kapitala malik şirkət kimi fəaliyyət göstərir.