GündəmKinoManşetMədəniyyətXəbər xətti

Xalq artisti evində ölü tapıldı – Ürək tutması

Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 73 yaşında vəfat edib. Aktor.Az xəbər verir ki, tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN-in xilasediciləri tərəfindən aşkarlanıb.

Nazirliyin yaydığı məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.

Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım – İ.Əfəndiyev “Mahnı dağlarda qaldı”, Zivər – Anar “Təhminə və Zaur”, Kərbəlayi Fatma – C.Məmmədquluzadə “Ölülər” və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!