Gürcüstan hökuməti toylarla bağlı açıqlama verdi
“Yas və toy günlərinizi epidemioloji vəziyyətin kritik olmayacağı bir dövrədək təxirə salın”. 24News.ge xəbər verir ki, bu sözləri Səhiyyə naziri Ekaterine Tikaradze, Koordinasiya Şurası iclasından sonra keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, vətəndaşlar yas və toy mərasimlərinin epidemioloji vəziyyətə əhəmiyyətli təsir göstərdiyini başa düşməlidirlər: “Ölkəmizdə vəziyyətin bütün bölgələrdə bərabər şəkildə tənzimlənməsi vacibdir. Epidemiyanın yayılmasından bir il sonra, vətəndaşlarımızın yas və toy mərasimlərinin epidemiyaya əhəmiyyətli təsir göstərdiyini anlamaları çox vacibdir. Buna görə də yas və bayramlarınızı epidemioloji vəziyyətin kritik olmayacağı bir dövrədək təxirə salın”, – deyə Tikaradze bildirib