Paşinyana Bakı ilə münasibətləri qurmağa kim mane olur? – Ekspertin şərhi
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanla bağlı maraqlı məqamlara toxunub.Aktor.Az onun fikirlərini təqdim edir:
“Aylardır müşahidə edirəm və gəldiyim qənaət budur ki, Ermənistanın baş naziri Nikol Paşinyana ən böyük problem yaradan mitinq keçirən daşnaklar və ya 74 yaşlı Vazgen Manukyan deyil. Paşinyana müharibədən sonra Azərbaycanla münasibətləri normallaşdırmağa mane olmağa çalışan əsas fiqur Ermənistanın Ombudsmanı Arman Tаtoyandır. Bu şəxs daşnaklardan daha çox irəli gedib, Azərbaycan və azərbaycanlılar əleyhinə irqçi təbliğat aparır, vaxtilə işğal edilən sərhəd məntəqələrinin Azərbaycana təhvil verilməsinin əleyhinə çıxır və iki ölkə arasında sərhədlərin müəyyənləşməsinə mane olur. Bundan başqa Arman Tatoyan başda prezidenti İlham Əliyev olmaqla Azərbaycan rəsmilərinin açıqlamalarını diqqətlə izləyir və guya həmin açıqlamalarda erməni millətinə qarşı nifrət olduğunu nümayiş etdirməyə çalışır.
Arman Tatoyan Nikol Paşinyanın siyasətini bəyənmir, ancaq bunu hələ ki, açıq söyləmir. Tatoyan etirazını o zaman bildirdi ki, Ermənistan hökuməti Ombudsman aparatının büdcəsini azatlmaq istədi. Tatoyan seçkiyə qədər Paşinyanın adını çəkmədən onun siyasətinə qarşı təbliğatını davam etdirəcək”.