Pənah Hüseynin partiyasına ofis verildi
Azərbaycanda daha bir siyasi partiya ofislə təmin edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, martın 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Xalq Partiyasına ofis sahəsi təqdim edilib:
“Ölkədə aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti daha da təkmilləşdirilir, siyasi plüralizm ənənələri inkişaf edir.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir”.
Qeyd edək ki, adıçəkilən partiyanın sədri Pənah Hüseyndir.