ManşetMədəniyyətSiyasətXəbər xətti

Cəmil Həsənlinin qızının görüntülərin yayılması təxribatdır – Rasim Balayev

Xalq artisti Rasim Balayev dostu olan professor Cəmil Həsənlinin qızının intim görüntülərinin yayılmasını pisləyib.Rasim Balayev Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən videonun yayılması təxribatdır.

“Ötən gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümü qeyd olunurdu. Eyni gündə belə bir görüntülərin yayılması təxribata bənzəyir. Görünür ki, kimlərsə bu cür təxribatlar yaratmaqla ölkədə qarşıdurma salmağa maraqlıdır. Mən bunun başqa məntiqini görmürəm. Əvvəlcə xaricdən Prezidentin ünvanına təhqir kampaniyası başladıldı, indi isə bu cür təxribatlar törədilir. Vallah, mən bunun arxasında düşmən qüvvələrin dayandığını düşünürəm. Bu cür hallar xoşagələn deyil və bunu pisləyirəm. Görünür ki, Azərbaycan Ordusunun Qarabağdakı qələbəsi kimlərisə narahat edir.

Mən Qarabağın işğalda olmasına görə böyük xəcalət çəkirdim. Şükürlər olsun ki, bu gün Qarabağımız azaddır. Artıq Qarabağı işğaldan azad etmişik, çoxlu planlarımız var, dövlətimiz 5-10 ilə Qarabağı abadlaşdıracaq. Çünki ermənilər Qarabağı viran qoyublar. İndi belə bir həssas dövrdə gərək şəxsi inciklərimizi də bir kənara qoyub, dövlətin güclü qalması naminə çalışmalıyıq”.

Xalq artisti Azərbaycanda bəzi məmurların narazılıq yaratdığını da söyləyib:

“Doğrudur, ölkədə çatışmayan problemlər mövcuddur, bəzi məmurlar öz işlərini doğru görə bilmirlər. Ancaq hər problemə görə Prezidenti qınamaq da düz deyil. Misal üçün, mənim pensiyam vaxtı-vaxtında verilmirsə, axı buna Prezident neyləsin? Öz aramızdır, bir ailəni idarə etmək belə çətin gəlir. İndi görün ki, bu boyda dövləti idarə etmək nə qədər çətindir”.