AzTU ilə “STP Global Cable” MMC-nin rəhbərliyi arasında işgüzar görüş keçirilib – FOTOLAR
Azərbaycan Texniki Universitetində (AzTU) “STP Global Cable” MMC-nin rəhbərliyi arasında işgüzar görüş keçirilib. Görüşdə rektor Vilayət Vəliyev, şirkətin direktoru Abdurrahman Güngör və hər iki tərəfdən nümayəndələr iştirak edib.
Qeyd olunub ki, universitetin nəzdində STP Global Cable akademiyasının təşkili, şirkətin mütəxəssislərinin tədrisə cəlb olunması və ən son istehsal idarəetməsi texnologiyasının tətbiqi tələbələrin praktiki biliklərinin təkmilləşməsinə töhfə verə bilər. Bundan başqa, bütün istehsalçılar və tədarükçülərin ortaq istifadəsi üçün CPR laboratoriyasının yaradılması və fərqli istiqamətlərdə işbirliyi qurmaqla bağlı müzakirələr aparılıb. Görüləcək işlərlə bağlı aprel ayının ilk həftəsində vorkşopun keçirilməsi də qərara alınıb. Görüşdə tələbələrin şirkətdə təcrübə proqramlarına və elmi-tədqiqatlara cəlb olunmaları ilə bağlı da fikir mübadiləsi aparılıb.