Cəmil Həsənlidən qızının videosuna münasibət
Milli Şura sədri Cəmil Həsənli qızı ilə bağlı yayıldığı bildirilən görüntülər ilə bağlı açıqlama verib.
Cəmil Həsənli bu məsələyə belə münasibət bildirib:
“Qızım Günel Həsənlinin 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur. Əxlaqsızlıq başqasının intim həyatına burun soxmaqdır”.