“Kurtlar Vadisi”nin aktyoru koronavirusdan öldü
Şimali Makedoniyanın tanınmış aktyoru Luran Ahmeti koronavirusdan vəfat edib.
Türkiyə mətbuatı xəbər verir ki, bir müddətdir Covid-19-dan paytaxt Skopyedə yerləşən dövlət xəstəxanasında müalicə olunan 46 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, təcrübəli aktyor “Kurtlar Vadisi”, “Elveda Rumeli”, “Muhteşem Yüzyıl Kösem”, “Acı Kiraz”, “Mutlu Ol Yeter” və “Limonata” kimi bir çox türk filmlərində yer almışdı.