Lələtəpə istiqamətində erməni ordusu itki verdi
Ötən gün təmas xəttinin cənub istiqamətində (Füzuli-Cəbrayıl) erməni işğalçı qüvvələrinin bir hərbi qulluqçusu vurulub. Qondarma “dqr müdafiə nazirliyi” bildirir ki, saat 13.50 radələrində “Azərbaycan tərəfdən açılan atəşlə” hərbi qulluqçu Ayk Razmikoviç Kələntəryan (1998) ölümcül güllə yarası alıb.İnsidentin təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl dəfələrlə erməni işğalçı qüvvələrinin əsgərlərinin bir-birini gülləməsi, yaxud intihar etməsi “Azərbaycan tərəfdən açılan atəş” kimi qələmə verilib.