QHT rəhbərləri şəhid Cabbar Zeynalovun ailəsini ziyarət ediblər
Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov və Azərbaycan Jurnalist Qadınlar Assosasiyasının rəhbəri Sevil Karani Yusifova Saatlı rayonunda şəhid Cabbar Zeynalovun ad günündə iştirak ediblər.
QHT rəhbərləri şəhidin təhsil aldığı Saatlı rayonu Heydərabad kənd ibtidai məktəbində şəhidin şərəfinə yaradılmış guşəni ziyarət ediblər.Sonra şəhdinin məzarı ziyarət edilib. MHM-nın sədri Səməd Vəkilov şəhid Cabbar Zeynalovun təhsil aldığı ibtidai orta məktəbin onun adına verilməsi ilə bağlı dövlət orqanları qarşısında məsələ qaldırılmasının zəruriliyindən danışıb.
Tədbirdə iştirak etdiklərinə görə şəhidin valdeynləri Firudin Zeynalov və Kubra Zeynalova QHT rəhbərlərinə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Cabbar Zeynalovu tanıyaq o, 23 mart 1999-cu il tarixdə Saatlı rayonun Heydərabad kəndində doğulub. İlk orta təhsilini Heydərabad kəndində aldıqdan sonra tam orta təhsilini Saatlı rayonun Dədə Qorqud kəndində alıb.05 aprel 2017-ci il tarixdə həqiqi hərbi xidmətə gedib, 23 oktyabr 2017-ci il tarixdə döyüş tapşırığını icra edərkən şəhid olub.
Tədbir iştirakçıları Vətən müharibəsi şəhidləri Elvin Hökməli oğlu Həsənov, Natiq Məmmədrza oğlu Rəşidov,Amid İsaq oğlu Həsənlinində məzarını ziyarət ediblər.